Əsas Səhifə > Güney Press, Şou-biznes > "Mən onlara etiraz etmirəm"
"Mən onlara etiraz etmirəm"2-08-2024, 15:06 |
"Ölməyən ayının dərisini bölüşdürürük. Olmayan kinonun yubileyini bayram edirik. Yubileyə görə bir az sakit oturub gözlədik. Sağ qalan, qeyrəti olan, kinonun hesabına ad-san, çörək yiyəsi olanların imzasını toplayıb Prezidentə açıq müraciət edəcəyik. Çünki bütün bu prodakşınlar, özəl studiyalar hamısı bizim üçün problem yaradır və onun arxasında maraqlı qüvvələr durur". Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov hər il avqustun 2-də qeyd olunan kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü haqda danışarkən deyib. Xalq artisti qeyd edib ki, prodakşın və özəl studiyalar kino, sənət, mədəniyyət yox, biznes strukturlarıdır və kino adıyla pul qazanırlar: "Mən onlara etiraz etmirəm. Amma qoy böyük kinonu bərpa edək, onların da kinonun içində şöbə və filialları olsun. Əsas odur ki, kinomuz bərpa olunsun. Bunu özbəklər, gürcülər, ruslar, hətta ermənilər də edib. Bu dövlətlərin hamısı kinostudiyalarını bərpa ediblər. Ancaq biz qalmışıq. Kino Günü münasibətilə kino cameəmizin hamısını təbrik edirəm, bağrıma basıram”. Ə.Mahmudbəyov onu da qeyd edib ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kino Günü münasibətilə təntənəli tədbir keçiriləcək. Xalq artisi həmin tədbirdə iştirak edəcəyini və çəkildiyi iki filmin yubileyinin qeyd olunacağını bildirib. Geri qayıt |