Əsas Səhifə > Güney Press > Həsən Nəsrullah-dan İsrailə MESAJ:
Həsən Nəsrullah-dan İsrailə MESAJ:1-08-2024, 18:22 |
"Haniyənin öldürülməsindən sonra İmam Xameneinin sözləri İranın Dəməşqdəki konsulluğuna hücumdan sonrakı sözlərdən daha sərtdir, çünki bu, İran daxilində hücum idi, İmam Xamenei bunu şərəf məsələsi hesab edir." Musavat.com xəbər verir ki, bu sözləri “Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah bu gün etdiyi çıxışında deyib. O, HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra ilk dəfə danışıb və sözlərinə aşağıdakı ifadələrlə davam edib: “İşğalçı hakimiyyətin (İsrail) rəhbərləri sevinir və həyəcanlıdırlar. Mən onlara deyirəm: Bir az gülün, çox ağlayacaqsınız”. Geri qayıt |