Əsas Səhifə > Güney Press / Ana xəbər > Abutalıbov məhkəməyə verildi

Abutalıbov məhkəməyə verildi


1-08-2024, 13:01
Abutalıbov məhkəməyə verildi
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu məhkəməyə verməyə hazırlaşır.

Bununla bağlı Bakupost.az -a Əbdül Mahmudbəyov özü bildirib.
O, Hacıbala Abutalıbovun məhkəmə qətnamələrini icra etmədiyi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını vurğulayıb:
“Hacıbala Abutalıbov əvvəl vəzifədə idi, bundan sui-istifadə edib məhkəmə qətnamələrini icra etmirdi. İndi vəzifədə deyil, ya mənim mənzilimi versin, ya da həbs edilsin. Mətbuat üçün böyük bir müraciət hazırlayıram, ardıyca isə vəkilim məhkəməyə müraciət edəcək”.
Qeyd edək ki, “Qış Parkı”nın tikintisi zamanə Əbdül Mahmudbəyovun evinə ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov evi təmir etdirməli və ya dəymiş ziyanı ödəməlidir.

Geri qayıt