Əsas Səhifə > Güney Press > Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu

Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu


27-07-2024, 17:47
Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu
Tərtər Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə 97 saylı Tərtər-Ağdərə -Goranboy seçki dairəsindən namizədliyini irəli sürüb.

Gununsesi.info-nun xəbərinə görə, topladığı seçici imzalarını DSK-ya təqdim edən Şəhriyar Məcidzadə deyib:

“Tək gəlmişəm. Həyatımın ən yalnız, ən tənha dövrüdür. Atam, əmilərim, bibilərim – heç biri həyatda deyil. Qəlbimdə sadəcə bir sual var: mənim bu vətəndə yaşamaq, bu xalq, bu ölkənin maariflənməsi üçün bacarıqlarımı reallaşdırmaq hüququm varmı? Bu suala cavab tapmaqdan ötrü bu gün deputatlığa namizədliyimin qeydə alınması üçün imza vərəqələrimi DSK-ya təqdim etdim. 3 gün ərzində mənə imza verən, döydüyüm hər qapıda sevgi, hörmət göstərib xeyir-dua verən doğma elimə təşəkkür edirəm”.

Geri qayıt