Əsas Səhifə > Güney Press > Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?

Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?


27-07-2024, 10:26
Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?
İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi yerli KİV-in sorğusuna cavabında bildirib.

"“3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək", - Ermənistan XİN qeyd edib.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

Geri qayıt