Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır?

Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır?


27-07-2024, 08:52
Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır?
Bir müddət əvvəl Hindistan Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ermənistan Hindistandan ən çox silah ölkəyə çevrilib. Belə ki, 2021-ci ildən Hindistandan silah almağa başlayan Ermənistan 2025-ci ilə qədər silaha 600 milyon dollar xərcləyib. Biz bunu Hindistanın Ermənistanı silahlandırması kimi də dəyərləndirə bilərik. Çünki hələ İkinci Qarabağ müharibəsində Hindistan öz dəstəyini Ermənistandan əsirgəməyib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu alış prosesini təkzib edir.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Hindistandan ən çox silah alan ölkəyə çevrilməsinin bir neçə səbəbi var. Bu səbəblər arasında Hindistanın Ermənistanla siyasi müstəvidə əlaqələrinin olmasını da göstərmək olar. Ancaq Hindistan dünya silah bazarında olan boşluqdan və artan tələbatdan istifadə edərək, bu boşluğu da doldurmağa çalışır. Ekspertin fikrincə, dünya silah bazarında Hindistan silahları diqqət mərkəzində deyil. Bu səbəbdən də Hindistan xarici ölkələrə silah satmağı önəmli hesab etdiyi üçün “kimə oldu” prinsipi ilə Ermənistana silah satışı ilə məşğuldur və hərbi texniki əməkdaşlığı genişləndirir.

Ekspert vurğulayıb ki, Hindistan silahlarının əsəriyyəti Rusiyadan alınmış patentlərdir.

Şair Ramaldanov qeyd edir ki, İkinci Qarabağmüharibəsinə qədər Ermənistanı Rusiya silahlandırırdı və Ukrayna münaqişəsi başlayandan sonra Rusiya özü silah ehtiyacını nəzərə alaraq Ermənistanı silahlandıra bilmədi. Belə olduğu halda isə, Rusiya silah sisteminə daha yaxın olan Hindistan bazarı Ermənistan üçün daha uyğun sayılır.

“Ermənistanın ümumiyyətlə silahlandırılması bu gün doğrudan da danışıq predmetidir. Bu məsələ diqqət mərkəzindədir. Ermənistanın bunun üçün səbəbləri var. Buna səbəb, Ermənistanda olan revanşistləri göstərmək olar. Ermənistanda olan revanşistlər, sadəcə revanşist deyil, onlar xaricdən dəstəklənirlər. Bu gün Ermənistanın xarici siyasətinin müstəqil olmadığını nəzərə alsaq, onlar yeni havadar axtarışındadır və havadarların sifarişini, maraqlarını yerinə yetirirlər. Ermənistanda hələ də müəyyən bir təzyiq mexanizminin olmaması Ermənistan havadarları üçün daha əlverişlidir. Eyni zamanda Ermənistanın havadarları Ermənistan hərbi siyasi rəhbərliyinin bu məsələdə bilavasitə iştirakı ilə gələcəkdə bu regionda öz maraqlarını təmin etməyi planlaşdırır.

Regionda “3+3” platforması var. Ancaq Ermənistanın apardığı siyasət və Ermənistana xarici havadarlar tərəfindən olan dəstəyin nəticəsində həm Ermənistan silahlanır, həm də həmin o havadarlar, regiondan xaric ölkələr regionda maraqlarını təmin etmək üçün müəyyən bir platforma yaratmaqdadır”-deyən polkovnik hesab edir ki, məsələnin təhlükəli tərəfi odur ki, gələcəkdə bu tərəflər Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Rusiyanın hesabına bu regionda öz maraqlarını genişləndirmək məqsədi daşıyır.

Bəzən Ermənistanın gələcəyini Ukraynada, Suriyada baş verən proseslərlə paralelləşdirirlər. Bu da əsassız deyil. Çünki Ermənistanda gedən proseslər və əlavə oyunçuların orada öz maraqlarını genişləndirilməsi bu regionda olan heç bir ölkənin ürəyincə deyil və müsbət qarşılanmır. Azərbaycan bununla bağlı öz mövqeyini hər zaman bildirib. İranın buna sevinməsi mümkün deyil. Gürcüstanda gedən siyasi proseslər göstərdi ki, Gürcüstanın siyasi istiqaməti hara yönəlib. Türkiyə də buna ehtiyac duymur, çünki Türkiyə özü güclü dövlətdir və regionda nüfuzu getdikcə artmaqdadır. Ermənistanın havadarları Rusiyaya dost olmayan, Rusiyaya qarşı koalisiyanı təşkil edən ölkələrdir. Rusiyanın da burada mövqeyi bəllidir”-deyə Şair Ramaldanov qeyd edib.

“Rusiyadan Ermənistan hökümətinə edilən xəbərdarlıqlar bir daha onu göstərir ki, Rusiya bu regiondan getmək fikrində deyil. Rusiyanın maraqlarına bu regionda hansısa təcavüz olarsa, Rusiya dərhal burada öz maraqlarını qorumaq üçün addımlar atacaq”-deyən ekspert vurğulayıb ki, Ermənistanı silahlandıran qüvvələrin, o cümlədən Hindistanın məqsədi ondan ibarətdir ki, Ermənistanda Rusiyaya qarşı "start" vəziyyətində olmaq üçün şərait yaradılsın.

“Hazırda Ermənistan ordusunun yetərli qədər silahlandırmağa pulu yoxdur. Müəyyən donor təşkilatlarının imkanları ilə, o cümlədən Avropa sülh proqramı çərçivəsində Ermənistanı silahlandırmaq üçün maliyyə ayrılır. Bir tərəfdən bu da Ermənistanın daxili işi kimi qəbul edilə bilər. Ermənistan kiminlə hansı siyasət yürüdəcək, kiminlə hansı hərbi texniki əməkdaşlıq aparacaq, bunu Ermənistanın daxili işi kimi qəbul etmək olar. Amma Azərbaycanla Ermənistan arasında indiyə kimi sülh müqaviləsinin bağlamağa mane olan həmin o havadar ölkələr bölgədə sönməkdə olan münaqişənin alovlanmasında maraqlıdırlar. Azərbaycanla Ermənistan arasında hələ də müharibə şəraitindən istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində münaqişəni yenidən alovlandırmaq, sonra bu fonda “təhlükəsizliyi təmin etmək üçün” müəyyən beynəlxalq institutların vasitəsilə özlərinə sərf edən şəkildə qərarlar və qətnamələr qəbul olunacaq. Həmin qərarlar və qətnamələr əsasında bu regionda Ermənistan ərazisinə sülhməramlı missiyası və ya hansısa başqa bir missiya adı ilə yerləşərək, burada öz maraqlarını təmin edəcəkləri istisna olunmur”-deyə Şair Ramaldanov əlavə edib.

Ekspertin fikrincə, burada hədəf Azərbaycan deyil, burada öz maraqlarını həyata keçirmək olan münaqişəni alovlandırmaq üçün Azərbaycan sadəcə bir faktordur: “Ermənistana verilən silahların Rusiya istehsalı olmamasını nəzərə alsaq, ola bilsin ki, Rusiyaya qarşı da istifadə olunsun. Bütün proseslər Ermənistan ərazisində təkcə Azərbaycana yox, bu regionda yaşayan və yerləşən bütün ölkələrə öz mənfi təsirini göstərəcək. Bu, belə qiymətləndirilməli və regionun inkişafına mane olan bir faktor kimi qəbul edilməlidir”.

Geri qayıt