Əsas Səhifə > Güney Press > "Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"

"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"


26-07-2024, 16:35
"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"
Bir neçə gün öncə haqqında xərçəng xəstəliyinə tutulması barədə məlumat yayılmış müğənni Ofeliya Şabanova açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabında canlı yayım açaraq yayılan xəbərlərin yalan olduğunu deyib.

“Dostumu düşmənimi tanıdım. Kimlər haqqımda bu arzudadır, onu bildim. Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm. Xırda problemlər var idi, o da keçəcək inşallah. Mən xəstə olduğumu deməmişəm. Bunu kim, niyə uydurub?”, - o bildirib.

Geri qayıt