Əsas Səhifə > Güney Press > Prorektorun deputatlığa namizədliyi

Prorektorun deputatlığa namizədliyi


26-07-2024, 15:25
Prorektorun deputatlığa namizədliyi
77 saylı Lənkəran şəhər seçki dairəsi ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin deputatlığa namzidəliyini təsdiqləyib.

Bu barədə 77 saylı Lənkəran şəhər seçki dairəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmin dairədən namizədi Əlimərdan Ələkbər oğlu Əliyevdir.

Altıncı çağırış Milli Məclisdə 77 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev olub. O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Farzi İsmayılzadə hazırda ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışır.

Fariz İsmayılzadə 2000-ci il Qərb Universitetinin politologiya ixtisasını bitirib. . 2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə bitirib. Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alıb.

O, 2016-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.

9 iyul 2019-cu il tarixli sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.

Geri qayıt