Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Cəbrayılın bu kəndi yenidən qurulacaq, milyon manatlıq
Əsas Səhifə > Güney Press > Cəbrayılın bu kəndi yenidən qurulacaq, milyon manatlıq

Cəbrayılın bu kəndi yenidən qurulacaq, milyon manatlıq


24-07-2024, 17:41
Cəbrayılın bu kəndi yenidən qurulacaq, milyon manatlıq
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndinin yenidən qurulması və inşası üzrə layihələndirmə xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Azin Construction” MMC olub.

Qalib şirkətlə 1 022 576 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Azin Construction” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Orucov Alxan oğludur. Hüquqi ünvanı AZ1027, Bakı şəhəri Xətai rayonu, Cavanşir, ev 23, m. 65 ünvanında yerləşir.

Xatırladaq ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Geri qayıt