Əsas Səhifə > Güney Press > "Donald Trampın prezidentlik dövründə...
"Donald Trampın prezidentlik dövründə...24-07-2024, 17:22 |
![]() ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Tramp qələbə qazanarsa bu, Azərbaycan ABŞ münasibətlərinə necə təsir edəcək Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib. Ekspert bildirib ki, Rəsmi Bakı dəfələrlə bildirib ki, Donald Trapmın yəni, respublikaçıların dövründə Azərbaycan və ABŞ arasında çox yaxşı isti münasibətlər olub "Bu məsələyə respublikaçılar və demokratlar tərəfindən baxmaq lazımdır. Rəsmi Bakı dəfələrlə bildirib ki, Donald Trapmın yəni, respublikaçıların dövründə Azərbaycan və ABŞ arasında çox yaxşı isti münasibətlər olub. Tərəflər arasında son dərəcədə qarşılıqlı amlaşma əsasında siyasət aparılıb. Amma demokratların vaxtında məsələyə bu cür yanaşa bilmərik. Bu zaman ABŞ -dən Azərbaycana çox ciddi təzyiqlər və təhditlər yarandı. Faktiki olaraq indiki zamanda ABŞ Ermənistanın silahlanmasında və ordusunun formalaşmasında çox ciddi rol oynayır. Hətta Ermənistanın müdafiə nazirliyində amerikalı nümayəndələr oturub. Respublikaçılar hakimiyyətə gələrsə, Donald Tramp prezident seçilər sə Azərbaycan və ABŞ münasibətləri yenidən fərqli məcraya çevrilə bilər. Bu yöndə müsbət yanaşmalar ola bilər. İndiki məqəmda ABŞ bu regiona daxil olmaq üçün müxtəlif addımlar atır. Bu addımlarını daha çox Ermənistan üzərindən həyata keçirir. Bu da Azərbaycanı narahat edir. İndiki məqamda Azərbaycan və ABŞ arasında münasibətlərlə bağlı müsbət nesə deyə bilmərik. Amma respublikaçıların hakimiyyətə gələrsə ciddi dəyişiklikləri şahidi ola bilərik". Geri qayıt |