Əsas Səhifə > Güney Press > “Ermənistan COP29-da iştirak etsə...”
“Ermənistan COP29-da iştirak etsə...”24-07-2024, 17:20 |
“Azərbaycan Ermənistanın statusunu aşağı salaraq onun qeyd-şərtsiz təslim olmasında israrlıdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Beniamin Matevosyan deyib. “Qarabağın verilməsini (? - red.) nəzərdə tutan ilk kapitulyasiya sənədi oktyabrın 6-da Praqada imzalanıb. İndi Bakı Ermənistanın özünün statusunun azaldılması ilə yekun kapitulyasiya sazişini imzalamasını istəyir. Azərbaycanın israr etdiyi məqamlar məhz bunu nəzərdə tutur”, - deyə Matevosyan yerli “Oragir” verilişinin efirində deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi təkid edir ki, Ermənistan nəinki Sünikdən keçən dəhlizə nəzarət etməməli, bütövlükdə orada erməni varlığı istisna edilməlidir: “Bundan əlavə, Azərbaycan tərəfi Ermənistanı “Qərbi Azərbaycan” adlandıraraq azərbaycanlıların Ermənistan ərazisinə geri qayıtmasını istəyir. Yəni Azərbaycan Ermənistanda süni dövlət qurumunun yaradılması istiqamətində addımlar atır. Erməni tərəfi də öz növbəsində bu kimi bəyanatlara reaksiya vermir. Azərbaycan tərəfinin bu cür bəyanatları və Ermənistanın reaksiya verməməsi fonunda İrəvanın COP29-da iştirakı bir növ qeyd-şərtsiz təslim olmağa razılıq verməsi deməkdir”. Geri qayıt |