Əsas Səhifə > Güney Press > "Ermənistanı COP29-a dəvət edən Azərbaycan, xoşməramlı mövqeyini bir daha göstərmiş oldu"
"Ermənistanı COP29-a dəvət edən Azərbaycan, xoşməramlı mövqeyini bir daha göstərmiş oldu"24-07-2024, 17:05 |
![]() “Noyabr ayında Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Tədbirin keçirilməsi üçün hazırlıqlar yekunlaşmaq üzrədir. Bu çərçivədə Azərbaycan hökuməti digər ölkələrlə, xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə sıx əməkdaşlıq edir. COP29 çərçivəsindəki əməkdaşlıqlar, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin koordinasiyasını və davamlılığını təmin etməyi hədəfləyir”. Bu barədə Bizimyol.info xəbərportalına Milli Məclisin VI çağırış deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, konfransın keçirilməsi ilə Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsət əldə edəcəyi şübhəsizdir. “COP29 konfransına hələ start verilmədən Azərbaycan höküməti beynəlxalq arenada mövqeyini gücləndirən uzaqgörən bir addım atdı. İqlim dəyişikliyi ilə bağlı qlobal müzakirəyə Ermənistanı dəvət etdi. Bu da hər mənada uğurlu bir addım oldu. Beləliklə, COP29 layihəsi Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırır və qlobal iqlim dəyişikliyi müzakirəsiylə yanaşı, sülh və humanizm dəyərlərinə olan yanaşmasıyla da lider mövqeyə çıxır. Bir daha Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etməklə yanaşı və qlobal və regional problemlərin həllinə də töhfə verdiyini göstərir. Bununla, ölkənin beynəlxalq əlaqələri güclənəcək və diplomatik mövqeyi möhkəmlənəcəkdir. Ermənistan dövlətinə ünvanlanan dəvət məktubunun iki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadığı bir vaxtda göndərilməsi, Azərbaycanın xoşməramlı mövqeyinin və güclü iradəsinin göstəricisidir. Azərbaycan COP29-un ev sahibi kimi hər kəsə istədikləri səviyyədə təmsil olunmaq imkanını verir. Düşünürəm ki, Ermənistan COP29 tədbirinə gəlməyi qəbul edəcək”-deyə deputat bildirib. Geri qayıt |