Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Keçmiş diplomat 2 maddə ilə ittiham olunur
Keçmiş diplomat 2 maddə ilə ittiham olunur24-07-2024, 15:01 |
![]() Azərbaycanda iki gün əvvəl saxlanılan keçmiş diplomat Emin İbrahimovun nədə ittiham olunduğu məlum olub. Lent.az-ın məlumatına görə, vəkil Aqil Layıc "Facebook" hesabında yazıb ki, ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. "Emin hadisəni belə təsvir edir: "Xalqlar"da mənzilinin təmiri ilə bağlı evinə gedərkən, üstünə tanımadığı adam soxulub və paltarını cırıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılıb və 24-cü polis bölməsinə aparılıb". Vəkil həmçinin qeyd edib ki, E.İbrahimov birazdan Məhkəmə qarşısına çıxarılacaq. Geri qayıt |