Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtlı jurnalist bayraq qalmqalına belə reaksiya verdi

Sumqayıtlı jurnalist bayraq qalmqalına belə reaksiya verdi


27-03-2014, 16:51
Sumqayıtlı jurnalist bayraq qalmqalına belə reaksiya verdi
Bir müddət öncə Sumqayıtda asfalt üzərinə çəkilmiş Azərbaycan bayrağı sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olmuşdu. Məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin açıqlamasının ardından Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri Rafiq Oday da yazılanlarla bağlı öz etirazını bildirib. Mətni olduğu kimi təqdim edirik:

“Məni bir jurnalist və sumqayıtlı kimi mövqeyimi bildirməyə bəzi kütləvi informasiya vasitələrində yer almış şəhərimiz haqqında açıq-aşkar böhtan xarakterli məlumatlar vadar etdi.

Mart ayının 17-də Sumqayıt şəhərində Təhsil şöbəsinin təşkilatçılığı ilə şagirdlərin asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Bu tədbirdə yüzlərlə şagird, minlərlə şəhər sakini iştirak etmişdir. Bu möhtəşəm tədbirВ­də gözəl şəkillər yaradan balalarımızın gözlərindəki sevinc ifadəsini, valiВ­deynlərin və tədbirə toplaşanların onları necə alqışlamasını sadəcə görmək lazım idi. Hər kəsin ürəyindən olan bu tədbiri, demək olar ki, bütün televiziya kanalları və digər kütləvi informasiya vasitələri geniş işıqlandırdılar. Amma bir neçə gün keçdikdən sonra bəzi kütləvi informasiya vasitələrində rəsm müsabiqəsinin keçirilməsi faktı qəsdən buraxılaraq, informasiyalar yayılmaВ­ğa başladı ki, Sumqayıtın İcra başçısının tapşırığı ilə şəhərin küçələri AzərВ­baycan bayrağı rəngində rənglənib. Bu yazını yazan jurnalistlər ən azından şəhər təhsil şöbəsinə və ya İcra hakimiyyətinə müraciət etməklə məsələnin mahiyyəti haqqında informasiya əldə edə bilərdilər. Ola bilər ki, hansısa bir şagird müsabiqə zamanı Azərbaycan bayrağının elementini və ya bayВ­rağın özünü əks etdirib. Xatirimdədir asfalt üzərində rəsm müsabiqələri sovet dövВ­ründə də keçirilirdi və o zaman uşaqlar SSRİ-nin bayrağını, Leninin mavzoleyini və digər rəsmlər çəkirdilər. Sovet İttifaqı kimi totalitar rejimdə heç kəsin ağlına belə gəlmirdi ki, bu şəkilləri hörmətsizlik kimi qələmə versin. Mən düşünürəm ki, bu materiallar bəzi saytlarda təsadüfən yer almayıb. Əgər kimsə icra başçısı ilə haqq-hesab çəkmək istəyirsə və ya onun fəaliyyətini qaralamaq niyyətindədirsə, bu onun öz işidir. Amma sumqayıtlı uşaqların zəhmətlə ərsəyə gətirdiyi, sevə-sevə çəkdiyi şəkilləri və bu gözəl tədbiri öz çirkin məqsədlərinə çatmaq üçün insafsızcasına istifadə edən jurnalistləri qınayır və və bu addımı pisləyirəm.

Mən uzun illərdir Sumqayıtda yaşayıram və son illərdə şəhərimizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən sistematik və mən deyərdim, irimiqyaslı işlər göz önündədir. Artıq ənənəyə çevrilən şagirdlərin təntənəli hərbi keçidi, Azərbaycanın, o cümlədən Qarabağın tarixinə aid konfranslar, Difai atlı dəstələrinin şəhər küçələrində keçidi, “Bayraq günü”ndə şəhərin Bayraq meydanında möhtəşəm tədbirlərin təşkili bir ənənə halını alıb. Bütün bunlar bugünkü Sumqayıtın reallığıdır və bunları görməmək mümkün deyil”.

Geri qayıt