Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > MMU-da ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib
Əsas Səhifə > Güney Press > MMU-da ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib

MMU-da ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib


20-07-2024, 10:19
MMU-da ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları ilə keçirilən intensiv ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib. Bu barədə Dia-az.İnfo-ya MN-dən xəbər verilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bağlanış mərasimində HHQ və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyi çıxış edərək kursu müvəffəqiyyətlə başa vurmuş dinləyiciləri təbrik edib.
Kurs müddətində dinləyicilərin ingilis dilini mənimsəməsində əməyi olan Xarici dil mərkəzinin müəllim-pedaqoq heyətinə, o cümlədən kurs üçün ölkəmizə Türkiyədən dəvət olunmuş hərbi təlimatçılara dərin minnətdarlıq bildirilib.
Sonda kursu başa vurmuş hərbi qulluqçulara sertifikatlar təqdim edilib.

Geri qayıt