Əsas Səhifə > Güney Press, Üst manşet > Burada zəmanət-məmanət BOŞ ŞEYDİR...

Burada zəmanət-məmanət BOŞ ŞEYDİR...


20-07-2024, 10:10
Burada zəmanət-məmanət BOŞ ŞEYDİR...
Özünün fəaliyyəti boyunca müştəri məmnuniyyəti barəsində zərrə qədərində düşünməyən şirkətlərdən birinin də adı yerli KİV-də müxtəlif ittihamlarla qoşa çəkilən "Baku Electronics" olduğunu söyləsək, yanılmarıq. Elə dia-az.İnfo olaraq vətəndaşlardan birinin üzləşdiyi növbəti problemdən də anlaşılanı budur ki, sözügedən şirkətə müştərinin maraqları önəmli deyil... təki pul qazansınlar.

Amma biz hüquqi dövlətdə yaşayırıq və hər halda bu ölkədə istehlakçıların hüquqlarını müdafiə edən qurumlar da mövcuddur. Doğrdurur, əksər hallarda belə nəzarətedici qurumların təzahürü belə hiss olunmur. Amma yenə də... Ümid edək ki, nə zamansa qanunlar istehlakçıların xeyrinə də işləmiş olacaq. Beləliklə...

"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda bir vətəndaş bildirir: " "Baku Elektronics"dən paltaryuyan maşın almışam. Hem 7 ayı tamam deyil, artıq maşından səs-küy gəlməyə başlayıb. Bununla bağlı şirkətə müraciət edirəm ki, bəz əlimdə zəmanətim var və bir illik zəmanətin müddəti tamam olmayıb.

Amma kimə deyirsən ki... Servisdən bildirirlər ki, NƏ ZƏMANƏT? Servishaqqı olaraq təmirpulu ödənməlidir...

Bu qədər də "moşennik"lik olarmı heç? Özlərinin verdikləri zəmanətə belə əməl etmirlər... Yəqin dövlət qurumları bir tədbir görər..."

Geri qayıt