Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib20-07-2024, 09:47 |
![]() Azərbaycan Mərkəzi Bankı (AMB) Sahibsoy Tural Sahib oğlunun, eləcə də Məmmədov Tərlan Vidadi oğlunun və Rüstəmov Musa Vəli oğlunun sığorta agenti lisenziyalarını ləğv edib. Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar iyulun 8-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, 1-ci halda könüllü müraciət əsasında, digərlərində isə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yaranmasının nəzərə alınaraq ləğv olunub. Geri qayıt |