Əsas Səhifə > Güney Press / Ana xəbər > Paşinyan “ürəklənib”: Müharibə barədə düşünür?
Paşinyan “ürəklənib”: Müharibə barədə düşünür?20-07-2024, 08:27 |
![]() “Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh prosesindən yayınmasının səbəbi ABŞ və Fransanın İrəvana dəstəyinin artmasıdır”. Bunu politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya açıqlamasında “Avropa Siyasi Birliyi”nin Londonda keçirilən Zirvə toplantısında Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən imtina etməsinin səbəbini şərh edərkən deyib. O bildirib ki, Paşinyanın sülh prosesindən yayınmaq niyyətləri açıq-aşkar müşahidə olunur: “Bir neçə ay bundan əvvəl də belə bir vəziyyətə şahidi olmuşuq. Belə ki, apreldə Vaşinqtonda ABŞ-ın Dövlət katibi Entoni Blinken, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşdən sonra İrəvan sülh prosesindən yayınmağa cəhd edirdi. Çünki Qərbdən Ermənistana hərbi-siyasi və maliyyə-iqtisadi dəstək vəd olunmuşdu. Ancaq Nikol Paşinyan Qərbin vədlərinin yerinə yetirmədiyini görərək yenidən sülh prosesinə qayıtmağa məcbur oldu. Eyni ilə oxşar proseslər yenidən təkraranır. İndi arxasını Fransa və ABŞ-yə söykəyən Paşinyan hakimiyyəti sülh prosesindən yayınmağa çalışır. Son zamanlar Fransa Ermənistana müasir hərbi təyinatlı ləvazimatlar göndədirir, ABŞ da Ermənistanda birgə hərbi təlimlər həyata keçirir. Bu yaxınlarda ABŞ generalı Ermənistan Müdafiə Nazirliyində təlimatçı kimi fəaliyyət göstərməyə başlayıb. Bütün bunlar isə Paşinyan hakimiyyətini xeyli ruhlandırıb. Elə bilirlər ki, artıq Paris və Vaşinqton Ermənistanın təhlükəsizliyinin təminatçısı olacaq. ABŞ və Fransanın dəstəyi fonunda Ermənistanda elə bir ümid yaranıb ki, onlar asanlıqla sülh prosesindən yayına biləcəklər. Böyük ehtimalla, bu ilin sentyabr-oktyabrında Paşinyan hakimiyyəti Rusiyaya qarşı radikal addımlar atacaq. Bu addımların sayəsində Qərbin dəstəyini qazanacağını düşünürlər. Amma çox ciddi səhvə yol verirlər. Bu, Ermənistan üçün faciəvi nəticələr doğura bilər”. Geri qayıt |