Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Hər bir Azərbaycan vətəndaşının 2 min 520 manat borcu var
Hər bir Azərbaycan vətəndaşının 2 min 520 manat borcu var16-07-2024, 18:17 |
![]() Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən dövlət borcu üçün 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilib. Bu vəsaitin 1 milyard 100,2 milyon manatı (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat) xarici dövlət borcları üçün ödənilib. Qeyd edək ki, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5 milyard 367,5 milyon dollar (9 milyard 125 milyon manat) olub. Daxili dövlət borcu isə 1 iyul tarixinə 16 milyard 571,9 milyon manat təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, 1 iyul tarixinə Azərbaycan dövlətinin ümumi borcu 25 milyard 696,6 milyon manat olub. 1 iyul tarixində Azərbaycan əhalisinin 10 milyon 197,1 min nəfər olduğunu nəzərə alsaq, bu, hər bir Azərbaycan vətəndaşının 2 520 manat borcu var deməkdir. Geri qayıt |