Əsas Səhifə > Güney Press > "Allah yalan məlumat yayanların bəlasını versin"

"Allah yalan məlumat yayanların bəlasını versin"


16-07-2024, 17:30
"Allah yalan məlumat yayanların bəlasını versin"
Xəbər verildiyi kimi, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq 3 gündür ki, növbədənkənar parlament seçkilərində nаmizədlliklərini irəli sürən şəxslərin qeydə alınması prosesi davam edir. Bu müddət avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək.

Sosial şəbəkələrdə yayılan iddialara görə, müğənni Manaf Ağayev də bu il deputatlığa öz namizədliyini verəcək.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxlayıb.

Manaf Ağayev saytımıza açıqlamasında bildirib ki, belə bir iddiası yoxdur:

“Allah yalan məlumat yayanların bəlasını versin. Mən heç bir iddiada deyiləm. Ümumiyyətlə, mən dövlət işində işləmək istəmirəm. Musiqiçiyəm və öz işimlə məşğulam. Bu kimi xəbərləri reytinq xatirinə yayırlar. Məni parlamentdə görürlərsə, sağ olsunlar, amma 61 yaşım var, ayılıb-ayılıb indi başladım?! Heç vaxt dövlət işi istəməmişəm”, -deyə müğənni əlavə edib.

Geri qayıt