Əsas Səhifə > Güney Press > Zahid Oruc Natiq Cəfərli ilə rəqib oldu

Zahid Oruc Natiq Cəfərli ilə rəqib oldu


16-07-2024, 16:53
Zahid Oruc Natiq Cəfərli ilə rəqib oldu
Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb.

Lent.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

"Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq", - Z.Oruc bildirib.

Xatırladaq ki, "REAL" Partiyasının icraçı katibi Natiq Cəfərli də 33 saylı Xətai 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, 2020-ci il 9 fevralda keçirilən seçkilərdə 33 saylı Xətai I seçki dairəsinin nəticələri ləğv edilmişdi.

Həmin seçki dairəsində Hüseynbala Mirələmov lider idi.

Geri qayıt