Əsas Səhifə > Güney Press > Müdafiə Nazirliyi 2,6 milyonluq tenderinin

Müdafiə Nazirliyi 2,6 milyonluq tenderinin


16-07-2024, 15:02
Müdafiə Nazirliyi 2,6 milyonluq tenderinin
Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil şinlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “İnport” MMC olub.

Qalib şirkətlə 2 698 743 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “İnport” MMC 2018-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Azər Bayramov Qəzənfər oğludur. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, ev 63 ünvanında yerləşir.

Geri qayıt