Əsas Səhifə > Güney Press > Sabir Rüstəmxanlının adı niyə siyahıda yoxdur?
Sabir Rüstəmxanlının adı niyə siyahıda yoxdur?10-07-2024, 15:29 |
Adımın siyahıda olub-olmaması seçkilərdə iştirak etməyəcəyim anlamına gəlmir. Bu sözləri Globalinfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı adının partiyanın ilkin namizədlər sırasında olmamasına aydınlıq gətirərkən deyib. O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısının hələ tam hazır olmadığını bildirib: “Tam siyahı 3-4 günə çıxacaq. Hazırda yalnız namizədliyini irəli sürmək istəyənlərin və ya dairələrə müraciət edənlərin adları açıqlanıb. Namizədliyimi irəli sürüb-sürməyəcəyimi yekun siyahı çıxdıqda görəcəksiniz. İndi bir söz deyə bilmərəm. Qərarımı 3-4 günə açıqlayacam. Namizədliyimi irəli sürə də bilərəm, sürməyə də… Hər şey ola bilər (gülür)”. Geri qayıt |