Əsas Səhifə > Güney Press > Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı

Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı


10-07-2024, 15:15
Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı
İyulun 10-da Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib.

Dia-az.İnfo xəbər verir ki, yığıncaqda Qardağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Respublika Ağsaqqalar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov, İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ağsaqqları iştirak edib.

Süleyman Mikayılov dövlət rəhbərliyi tərəfindən ağsaqqalara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ağsaqqallar daim bizim diqqətimizdədir, onlara xüsusi diqqət, qayğı göstərilir, onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. S.Mikayılov 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində göstərdikləri fəallığa görə onlara təşəkkürünü bildirib.

Sonra rayon ağsaqqallar şurasının sədri Ramin Məmmədov keçən müddət ərzində Şuranın gördüyü işlər barədə hesabat verib. Hesabat ətrafında çıxış edən Seyran Muradov, Mirtağı Tağıyev, Paşa Məmmədov, Qurbanqulu Rəhimov və Maqsud Heydərov Şuranın hesabatını bəyəndiklərini və sədrin xidmətlərindən danışıblar.

Şuranın sədr müavini Eldar İbrahimov ölkə səviyyəsində ağsaqqalara hörmət və ehtiramın daimi xarakter aldığını vurğulayıb. Ağsaqqallar şurasının sədri Ramin Məmmədov yenidən sədr vəzifəsinə seçilib.

Yekunda rayon rəhbərliyi tərəfindən yubileyləri qeyd olunan 3 nəfər ağsaqqala uzunmüddətli, səmərəli əmək fəaliyyətlərinə görə fəxri fərman və qiymətli hədiyyə təqdim olunub. 90 yaşı tamam olan Seyran Muradov, 85 yaşı tamam olan Mirtağı Tağıyev və 70 yaşı tamam olan Paşa Məmmədov təqdimata görə öz təşəkkürlərini bildiriblər.

Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı
Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı
Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı
Qaradağ Ağsaqqalar Şurasının növbəti yığıncağı

Geri qayıt