Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Tarasovun NATARAZLIĞI...

Tarasovun NATARAZLIĞI...


10-07-2024, 14:30
Tarasovun NATARAZLIĞI...
Rusiyalı eksperti Stanislav Tarasov deyib ki, “Ukrayna ilə müharibəni bitirək, Qafqaza dönəcəyik”. Siz hələ müharibəni bitirin, ondan sonra danışarıq, Cənubi Qafqaza “qayıtmadan” öncə tərkibinizdəki Şimali Qafqazdakı, o cümlədən Dağıstandakı olayların qarşısını alın. Tarasov bildirir ki, gərək vaxtında Ermənistanda Nikol Paşinyana hakimiyyətə gəlməyə imkan verməyəydilər. Qatar gedib, Paşinyan həm hakimiyyətini möhkəmləndirib, həm də sizin dəstəklədiyiniz radikalları nüfuzdan salıb. Azərbaycana gəldikdə, burda da qatar sizin üçün gedib, Qarabağ separatçılarından istifadə müddətiniz bitib, artıq bu məsələ gündəmimizdə yoxdur. Bir də ki, Siz Ukrayna müharibəsini bitirib Cənubi Qafqaza gələnə kimi Türkiyə bölgədə mövqelərini möhkəmlədib.

Elxan Şahinoğlu dia-az.media

Geri qayıt