Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Sensasion iddia: Zahid Oruc bu rayona başçı təyin edilir?

Sensasion iddia: Zahid Oruc bu rayona başçı təyin edilir?


10-07-2024, 11:37
Sensasion iddia: Zahid Oruc bu rayona başçı təyin edilir?
Mənim guya icra başçısı təyin ediləcəyim haqqında sosial şəbəkədə yayılan iddia cəfəngiyyatdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, 6-cı çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Oruc deyib.

O bildirib ki, belə bir iddianı ortaya atmaq üçün məntiqdən çox uzaq olmaq lazımdır və buna inanmaq üçün də məntiqdən kənar düşünməlisən.

Qeyd edək ki, sosial şəbəkələrdə Zahid Orucun Bərdə RİH başçısı təyin ediləcəyi haqda iddia yayılıb. İddianın yayılmasının səbəbi 6-cı çağırış MM-in vitse-spikeri Adil Əliyevin Suraxanı RİH-in başçısı təyin edilməsidir.

Geri qayıt