Əsas Səhifə > Güney Press, Üst manşet > Culfa gömrüyündə RƏSMİ İŞGƏNCƏ...

Culfa gömrüyündə RƏSMİ İŞGƏNCƏ...


10-07-2024, 08:16
Culfa gömrüyündə RƏSMİ İŞGƏNCƏ...
Culfa Gömrük Məntəqəsində yük avtomobillərinə üç gündür yaradılan süni maneə uzun növbənin yaranmasına səbəb olub. Sürücülərin ”Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, məntəqənin önündə yaranan növbənin uzunluğu bu gün beş kilometrə çatıb. Onlar bildirirlər ki, keçidin məhdudlaşdırılmasının səbəbi ilə bağlı onlara tutarlı izahat verən yoxdur. Sürücülərdən Şakir Quliyev deyir ki, istidən, susuzluqdan, aclıqdan və gigiyenik tələbatın ödənməməsindən şikayətçidirlər:
“Havanın hərarəti 39-40 dərəcədir. Çölün düzündə, günəşin altında qalmışıq. Su yox, yemək yox, tualet ehtiyacımızı məcbur qalıb yolun qırağında ödəyirik. Növbəni qəsdən yaradıblar. Məqsədləri nədir, bu yaxında biləcəyik. Bu gün növbə 5 kilometrə çatıb, getdikcə də uzanır. Gün ərzində 200-300 metr ancaq irəliləyirik. Axırı hara gedəcək, bilmirik. Bizə kömək olunmasını istəyirik”.
Türkiyədən olan TIR sürücüsü Növcət Tayfun da iki gündür isti havada şöllükdə gecələdiyindən şikayətlənib:
“Normal yuyunmağa, tualetə getməyə, gecələməyə imkan yoxdur. TIR-ların içində gecələyirik. Buradan Gömrük komtəsinin sədrinə müraciət edirik. 100-lərə TIR sürücüsünə Culfa gömrüyündə zülüm olunur. Bizə yardım etsinlər.”

Geri qayıt