Əsas Səhifə > Güney Press / Ana xəbər > Tağı Əhmədovu Hacıbala Abutalıbov bitirib

Tağı Əhmədovu Hacıbala Abutalıbov bitirib


25-03-2014, 13:53
Tağı Əhmədovu Hacıbala Abutalıbov bitirib
Tağı Əhmədovun bir müddət əvvəl Bakı Metropoliteninin rəisi vəzifəsindən azad edilməsinin şok sirri açılıb

GUNXEBER.COM-a məlum olub ki, vəzifədən çıxarılması xəbərini kabinetində eşidən T.Əhmədov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun güdazına gedib. H.Abutalıbovun evləri sökülən “Sovetski” sakinləri ilə görüşdə ölkədə bir kişinin olması ilə bağlı dediyi, qalmaqallara və müzakirələrə səbəb olan ifadəsini eşidən T.Əhmədov buna çox sərt reaksiya verib. T.Əhmədov bir çoxlarının yanında bu ifadəsinə görə H.Abutalıbovu çox açıq və ağır şəkildə təhqir edib. Metropolitendəki korrupsiya faktları ilə bərabər H.Abutalıbovun məşhur ifadəsinə belə sərt reaksiya verməsi məhz T.Əhmədovun bitirilməsinə səbəb olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt