Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?..

Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?..


6-07-2024, 10:16
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?..
Ermənistan parlamentinın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan həmkarları ilə Ermənistanın təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən Tavuş vilayətindəki Əskipara(Voskepar)- Güney(Kirants) sərhəd ərazisinə səfər edib və fortifikasiya işləri ilə tanış olub.

Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bu barədə erməni qanunverici orqanının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“İyulun 5-də Ermənistan Konstitusiyasının qəbul olunduğu gün edilən səfər təsadüfi olmayıb və daha çox sərhəd ərazisini əhatə edib. Artıq demarkasiya olunmuş Voskepar-Kirants hissəsi ilə aydın şəkildə müəyyən edilir ki, Ermənistan və Azərbaycan arasında demarkasiya prosesi start götürüb və danılmaz Ermənistan əraziləri buradan başlayır”, - məlumatda belə deyilir.

Xatırladaq ki, sözügedən ərazi Qazax rayonunun 33 ildən çox işğal altında qalmış 4 kəndinin Azərbaycana təhvil verilməsindən sonra başlanmış demarkasiya işlərinin görüldüyü məkandır. Hazırda müvafiq fortifikasoya işləri Azərbaycan tərəfində də aparılır...


Geri qayıt