Əsas Səhifə > Güney Press > Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ

Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ


6-07-2024, 09:38
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

Dia-az.İnfo xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “X”də yazıb.

"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!", - dövlət başçısı qeyd edib
Geri qayıt