Əsas Səhifə > Güney Press > Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ

Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ


6-07-2024, 08:20
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ
Türkiyəli futbolçu Merih Demiralın Avstriya ilə oyun günü göstərdiyi bozqurd işarəsi qalmaqal yaradıb.
Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Merih Demiral barədə araşdırmaya başlayıb. Buna səbəb Demiralın iyulun 2-də Türkiyə-Avstriya oyununda vurduğu ikinci qoldan sonra bozqurd işarəsi göstərməsi olub.

UEFA araşdırmaya "uyğun olmayan davranış" səbəbi ilə başladığını açıqlayıb.
BBC Türkçe-dən Emre Temel bildirib ki, keçmişdə Türkiyədə bəzi oyunlarda bozqurd işarəsi göstərilib.

Bu məsələ bir neçə gündür ki, sosial şəbəkələrdə əsas müzakirə mövsuzuna çevrilib.

Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət mövzu ilə bağlı Moderator.az-a danışdı.

“Biz türkük və buna heç kimin şübhəsi ola bilməz. Azərbaycan bir türk dövlətidir. Bununla bərabər biz çoxmillətli – etnik tərkibi rəngarəng olan ölkəyik. Yəni burada titul millət – türk çoxluqla yanaşı milli azlıqlar və etnik qrupların nümayəndələri də yaşayır. Ona görə də hamımız eyni cür – Azərbaycanlı adlanırıq. Bu Azərbaycanlıların təbii ki, böyük çoxluğunu - ən azı 90 faizini biz türklər təşkil edirik. Bozqurd simgəsinə gəlincə, bu, bizim bir türk milləti olaraq qurtuluş və qələbə rəmzimizdir. Əlbəttə, türk olmayanlar Bozqurdu özünə aid saymamaqda haqlıdır. Amma onların bəzi qərəzli nümayəndələrinin bu məsələyə öz kirli burunlarını məkrli bir şəkildə soxmasına da dözümlü yanaşa bilmərik. Biz heç kimin etnik kimliyini sorğulamırıq, onun keçmişinə, gələcəyinə qarışmırıq. Əksinə, çalışırıq ki, Azərbaycan xalqının tərkib hissəsi olan etnik qruplar belə öz köklərinə - kimliklərinə bağlı qalsınlar. Amma təəssüf ki, bəzən bu etnik azlıqların qərəzli və məkrli, eyni zamanda Moskvaya və Tehrana işlədikləri şübhə doğurmayan nümayəndələri bizim türklüyümüzə dil uzadırlar. Bu isə yolverilməzdir! Ona görə də hər kəs həddini bilsin, yerində otursun. Bozqurd bütün dünya türkləri kimi biz Azərbaycan türklərinin də simgəsidir. Bu simgə hər hansı bölücülüyə, irqçiliyə xidmət etmir! İndi hansısa idmançı qələbəsini bu işarətlə qeyd edirsə, niyə Azərbaycanda bəzi adamlar narahat olur? Yeri gəlmişkən onu da deyim ki, Merih Demiralın Bozqurd işarəsindən ilk narahat olan ermənilər idi və kampaniyanı da məhz onlar başladıb. Necə olur ki, Azərbaycanın çörəyini yeyib suyunu içən, havasını udan bəzi şəxslər də ermənilərin bu kampaniyasının bir parçası olur? Bu adamlar araşdırılmalıdır! Belə bir təsadüf ola bilməz! Bunların əsl kimlikləri, hara bağlı olduqları mütləq aşkara çıxarılmalıdır! Adama deyərlər ki, sən türk deyilsənsə, o demək deyil ki, mənim türklüyümə dil uzatmalısan! Otur oturduğun yerdə, ağzına və ağlına gələni də danışma! Yeri gəlmişkən onu da deyim ki, Bozqurdla qələbəsini qeyd edən ilk türk Merih Demiral deyil. Ona qədər də dünyanın hər tərəfində idman yarışlarında Azərbaycanlılar da daxil olmaqla türklər öz idman qələbələrini Bozqurdla taclandırıblar. Və onlara qarşı heç bir iddia da olmayıb, cəza haqqında da düşünülməyib. Amma bu Merih Demiralın Bozqurdu ilk olaraq ermənilərin gözünü deşdi, kampaniyanı da onlar başlatdılar. Bəzi Azərbaycan vətəndaşları da ermənilərə açıq şəkildə züy tutacaq qədər cəsarətləniblər. Haradan alır bunlar bu cəsarəti?”.
Geri qayıt