Əsas Səhifə > Güney Press > “Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti
“Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti28-06-2024, 10:10 |
“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, şirkət ötən il 1 milyon 763 min manata yaxın əməliyyat gəliri əldə edib, maya xərci 1 milyon 563 manata yaxın olub. Bununla da, şirkətin ümumi mənfəəti 200 min manata bərabər olub. İllik müqayisə ilə gəlirlər 43 min manat (2,4%) azalıb, maya xərci 81 min manat (5,5%) artıb, ümumi mənfəət isə 124 min manat (38,3%) azalıb. Ümumi və administrativ xərclər 10,7 min manat (17,9%) azalaraq 49,1 min manata düşüb. Əməliyyat mənfəəti 144,6 min manat (2,2 dəfə) azalaraq 119,7 min manat təşkil edib. 23,9 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət 2023-cü ili 95,8 min manat xalis mənfəətlə başa vurub. Mənfəət vergisi ödənişi 29 min manat (2,2 dəfə), xalis mənfəət 115,7 min manat (2,2 dəfə) aşağı düşüb. “Bakı Neft-Mədən Avadanlıqları” ASC ötən il 1 milyon 815 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 186 min manat (11,4%) artıb. Öhdəliklər 302,3 min manat (3,1 dəfə) artaraq 447,8 min manata bərabər olub. Balans kapitalı 1 milyon 367 min manata bərabər olub ki, bu da illik müqayisədə 116 min manat (7,8%) azdır. Geri qayıt |