Əsas Səhifə > Güney Press, Üst manşet > Nə verirlər ye... Allahına şükür elə...

Nə verirlər ye... Allahına şükür elə...


28-06-2024, 08:21
Nə verirlər ye... Allahına şükür elə...
SOCAR “28 May” Neft və Qazçıxarma İdarəsinin Neft Daşlarında yerləşən Qazın ilkin Hazırlanması və Kompressor Təsərüfatı Sahəsinin mühəndisi Elman Abdullayev “Xəzəriaşə”-nin neftçilərə təklif etdiyi qidaların keyfiyyətindən şikayətçidir. Abdullayev deyir ki, qidaların keyfiyyəti ilə bağlı narazılıqlarından sonra tədbir görmək əvəzinə onun əleyhinə ifadələr alınır, hər vasitə ilə işinə maneələr törətməyə çalışırlar.
Meydan TV-yə müraciət edən neftçinin sözlərinə görə, 2010-cu ildən bu sahədə çalışır.
“İşçilər dəfələrlə “Xəzər iaşə” MMC-dən narazılıqlar ediblər. Aprelin 12-də qidaların saxlanma anbarına baxış keçirilməsi tələbi rəis müavini və sosial işlərə cavabdeh olan komendant tərəfindən rədd edilsə də, çoxsaylı isrardan sonra baxışa razılıq verildi”,-şikayətçi bildirib.
Onun sözlərinə görə, rəis müavini, stansiyanın bir neçə mühəndisi və işçiləri tərəfindən ərzaq anbarında aparılan baxış zamanı selofan bağlamanın içərisində qana bulaşmış, mənşəyi məlum olmayan, preslənmiş halda, keyfiyyət sertifikatı olmayan təxminən 70-80 kiloqrama qədər ət məhsulu, o cümlədən növbəti gün üçün hazırlanmalı olan menyuya əlavə edilən dünənki menyudan qalmış toyuq ətinin hissələri və digər ərzaqlar aşkarlanıb. Bununla bağlı yerində AKT tərtib edilib. İşçilər həmin ət və digər ərzaqların ləğv edilməsini tələb ediblər.

Geri qayıt