Əsas Səhifə > Güney Press > Astroloqdan şok seçki proqnozu:

Astroloqdan şok seçki proqnozu:


25-06-2024, 19:02
Astroloqdan şok seçki proqnozu:
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

Artıq Milli Məclis parlametin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə bağlı qərar verib. Həmçinin, iyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.

Maraqlıdır, növbədənkənar parlament seçkiləri keçirilərsə, parlamentdə kimlər dəyişəcək? Hansı yeniliklər olacaq?

Mövzu ilə bağlı tanınmış astroloq Səbuhi Rəhimli “Cebhe.info”-ya açıqlama verib. Onun proqnozuna əsasən, növbədənkənar parlament seçkilərindən sonra deputatların yarıdan çoxu dəyişəcək:

“Yəni parlamentin 50 faizindən çoxu dəyişəcək. Bu da təxminən 125 deputatın ən azından 60-70 nəfərini əhatə edəcək. Üstəlik, indiyə qədər olan parlamentin tərkibindən əsaslı surətə çox fərqlər olacaq”.

Astroloq qeyd edib ki, daha ətraflı proqnozları bütün namizədlər bəlli olandan sonra vermək olar:

“Namizədlərin kim olacağını, hansı dairədən namizədliklərini irəli sürəcəklərini biləndən sonra ətraflı proqnoz vermək olar. Təbii ki, namizədlərin qarşısındakı rəqibi də bilmək lazımdır. Onların güc balansını da yoxlayıb bir söz demək olar. Bütün bunlar bəlli olmadan parlamentdə təmsil olunan partiya saylarının dəyişib-dəyişməyəcəyini isə indidən hesablamaq olmaz”.

Geri qayıt