Əsas Səhifə > Güney Press > Gürcüstan azərbaycanlıları prezidentə müraciət edib:

Gürcüstan azərbaycanlıları prezidentə müraciət edib:


25-06-2024, 16:41
Gürcüstan azərbaycanlıları prezidentə müraciət edib:
Azərbaycanda Nazirlər Kabineti koronavirus pandemiyasıilə əlaqədar xüsusi karantin rejimini daha 3 ay uzadıb. Qərarla koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. Yəni bu, o deməkdir ki, quru sərhədlərimiz hələ 3 ay da bağlı qalacaq. Bu isə Gürcüstanda yaşayan soydaşlarımızın heç də ürəyincə deyil. Onlar Azərbaycana gəlib-getmək, istirahət etmək, qohumlarını ziyarət etmək istəyirlər. Təyyarə biletlərinin qiymətinin baha olması da soydaşlarımızı narahat edir.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev Bizimyol.info xəbər portalına karantin rejiminin uzadılması ilə bağlı fikirlərini bildirib. Babayev qeyd edib ki, artıq 4-cü ildir ki, Gürcüstandakı azərbaycanlıların quru sərhədlərinin bağlı olmasından əziyət çəkir.

“Təyyarə qiymətləri çox bahadır. Ya təyyarə ilə bilet qiymətlərini ucuzlaşdırsınlar, ya da heç olmasa həftədə bir dəfə bir qatar ayırsınlar ki, Gürcüstana gələ bilək. Necə ki, təyyarədə yoxlama keçirilmir, bunu qatarda da həyata keçrimək olar. Biz Azərbaycanın üzünə həsrət qalmışıq. Bizim günahımız nədir axı? Biz kimə, nə etmişik? Dövlət orqanları nə üçündür? Azərbaycana gələnləri yoxlasınlar. Biz müharibə dövründə dəAzərbaycanın yanında idik. Bizim də, gürcütanlılaırn da Qarabağda şəhidlərimiz olub. 44 –günlük müharibə zamanı biz burada mərkəz yaratmışdıq. Nə etmişik, bir adam bizə başa salsın. Korona da bitib. Aramızda düşmən varsa elan edilsin, bilək. Niyə bizə məhdudiyyət qoyulur? Bununla bağlı mənə çox müraciət edilir. Hara gedirəmsə, hansı kəndə gedirəmsə mənə deyirlər ki, “Əli müəllim, niyə qapılar bizim üzümüzə bağlıdır?””–deyə Əli Babayev qeyd edib.

Əli Babayev bildirib ki, Azərbaycanda da Gürcüstana istirahət və ticarət məqsədilə gəlmək istəyən çox sayda insan var. Amma karantin rejiminin uzadılması çərçivəsində quru sərhədlərinin bağlı saxlanılması hər kəsin bu arzusunu ürəyində qoyur.

“İnsan istəyir ki, Azərbaycana gəlsin, işğaldan azad edilmiş torpaqları ziyarət etsin. Ümidimiz, yenə də cənab prezidentədir. Özü bu məsələyə nəzarət etsin. Bizim üçün bir şərait yaratsınlar. Bizə xüsusi bir güzəşt etsinlər. Biz Azərbaycanı sevirik. Azərbaycanın rəhbərliyinə böyük hörmətimiz var. Xahiş edirik ki, bizə bir güzəşt edin. Elə bir şərait yaradılsın ki, biz Azərbaycana rahat gedib-gələ bilək”-deyə Əli Babayev ölkə başçısına da müraciət edib.

Əli Babayev qeyd edib ki, Kaxetidə və Qardabanidə olan azərbaycanlılar da Azərbaycana gəlmək istəyir.

“Birinci Şıxlı, İkinc Şıxlı və digər müxtəlif kəndlər var ki, qohum-əqrabadılar. Sərhədlər bağlıdır deyə ortada qalıblar. Hamının imkanı yoxdur ki, təyyarə ilə gəlsin”-deyə Əli Babayev vurğulayıb.

Geri qayıt