Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ÇÖKÜŞ: “Qala Həyat” əvvəlki kimi işləyə bilmir...

ÇÖKÜŞ: “Qala Həyat” əvvəlki kimi işləyə bilmir...


25-06-2024, 15:44
ÇÖKÜŞ: “Qala Həyat” əvvəlki kimi işləyə bilmir...
“Qala Həyat” sığorta şirkəti 2024-cü ilin yanvar-may aylarında 9,8 milyon manat sığorta haqqı toplaya bilib.

İqtisadiyyat.az-ın hesablamasına görə, bu da illik müqayisədə 5,6% və ya 577 min manat azdır. Belə ki, 2023-cü ilin ilk beş ayında həyat sığorta şirkəti 10,37 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Bu dövrdə “Qala Həyat”ın ödənişləri isə 35,1% və ya 364 min manat artaraq 1,4 milyon manata yüksəlib. 2023-cü ilin yanvar-may aylarında sığorta şirkəti 1,04 milyon manat ödəniş həyata keçirmişdi.

Sığorta yığımlarının azalması və ödənişlərin artması “Qala Həyat” şirkətinin zərərliliyini, yəni ödəniş-yığım nisbətini nisbətən artırıb.

2023-cü ilin yanvar-may aylarında həyat sığorta şirkəti topladığı hər 100 manatın 10 manatını ödənişə yönəldibsə, bu ilin ilk beş ayında bu rəqəm 14 manata yüksəlib.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Şirkətin səhmlərinin 90 %-i “Azre Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Geri qayıt