Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Deputat Tahir Mirkişinin qardaşına "stop" qoyulub?

Deputat Tahir Mirkişinin qardaşına "stop" qoyulub?


25-06-2024, 15:40
Deputat Tahir Mirkişinin qardaşına "stop" qoyulub?
Millət vəkili Tahir Mirkişilinin qardaşı Şahin Mirkişili vergi borcunu tam ödəyə bilməyib.

Şahin Mirkişiliyə məxsus "Absheron City" MTK-nın hazırda 204 808, 82 manat vergi borcu var. Altı ay əvvəl isə şirkətin vergi borcu 592 357, 30 manat idi. Yəni, Şahin Mirkişili 6 ay ərzində borcun yarısını ödəyə bilib.

İddialara görə, vergi borcu üzündən deputatın qardaşının ölkədən çıxışına da məhdudiyyət qoyulub. Lakin bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Məsələ ilə bağlı millət vəkili Tahir Mirkişilinin özü ilə əlaqə saxlayıb cavab almağa çalışsaq da, mümkün olmayıb.

32gun.az


Geri qayıt