Əsas Səhifə > Güney Press > "Dağıstan hadisəsindən sonra Rusiya höküməti Şimali Qafqaz respublikalarına diqqət ayırmalı olacaq"

"Dağıstan hadisəsindən sonra Rusiya höküməti Şimali Qafqaz respublikalarına diqqət ayırmalı olacaq"


25-06-2024, 15:37
"Dağıstan hadisəsindən sonra Rusiya höküməti Şimali Qafqaz respublikalarına diqqət ayırmalı olacaq"
Bir neçə gün əvvəl Dağıstanda Dərbənd şəhərində və Moskvada terror hadisələri baş verdi. Hadisə dini zəmində oldu. Eyni zamanda həm sinaqoq, həm də rus kilsəsi yandırıldı. Hakimiyyət orqanlarına qarşı terror aktları törədildi. Hadisə zamanı 20 nəfər həlak olub, 46 nəfər zərər çəkib.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirilib.

“Maraqlı məqamlardan biri odur ki, terrorçulardan biri əvvəllər “Ədalətli Rusiya” partiyasının rayon şöbəsinə rəhbərlik edib. Məlumata görə, Əli Zəkariqayev Serqokalinski rayonunda partiya şöbəsinin sədri olub, iki il əvvəl bu vəzifəni tərk edib. Zəkariqayev Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun qardaşı oğludur. O, qardaşı ilə terroR aktını törədib və qətlə yetirilib. Serqkalisnki rayonun rəhbəri Maqomed Ömərov həbs edilib. Görünən odur ki, Şimali Qafqazda müxtəlif proseslər baş verir”-deyən politoloq hesab edir ki, bu hadisə gələcəkdə böyük partlayışlalara səbəb ola bilər.

“Çeçenistanda Kadırov rəhbərlik edir və öz hakimiyyətini ciddi sürətdə qoruya bilir. Ancaq Dağıstanda, ümumiyyətlə Şimali Qafqazda dini zəmində məsələlər çox gərgindir. Və orada sosial məsələlər ağırdır. Buna görə də, orda ara sıra partlayışlar və toqquşmalar olur. Bir müddət əvvəl Dağıstanda dini zəmində vəziyyət gərginləşmişdi. Bu mənada bu partlayışlar gələcəkdə böyük çaxnaşmalara səbəb ola biləcək məsələlərdən xəbər verir”-deyən politoloq hesab edir ki, Rusiya höküməti Şimali Qafqaz respublikalarına xüsusi diqqət ayırmalı, onlara dəstək göstərməli, onların sosial məsələlərini yaxşılaşdırmalı və onlara maliyyə vəsaitləri ayırmalıdır. Eyni zamanda onların yolları, kommunikasiyalar qaydasına qoyulmalıdır ki, əhali özünü sərbəst hiss edə bilsin.

“Bir neçə terrorist öldürüldü və bir neçəsi tutuldu, bununla məsələ bitmir. Orada vəziyyət gərgindir, gərgin olaraq qalır. Bu da bizim qonşu ərazidir. Eyni zamanda orada da bizim həmvətənlərimiz, yəni azərbaycanlılar yaşayırlar. Bu da bizi ciddi narahat edir. Biz belə terror hadisələrini pisləyirik. Bu kimi hadisələrin törədilməsi arzu olunmazdır”-deyə politoloq qeyd edib.

Geri qayıt