Əsas Səhifə > Güney Press > Əmisi oğluna 50 bıçaq vuraraq öldürən şəxs:

Əmisi oğluna 50 bıçaq vuraraq öldürən şəxs:


25-06-2024, 10:42
Əmisi oğluna 50 bıçaq vuraraq öldürən şəxs:
Bakıda əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Nəsimi Hüseynovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrli ilə keçirilən prosesdə elan edilib ki, zərərçəkmiş Elməddin Hüseynov onun arvadı haqqında söz-söhbət çıxarıb.

Belə ki, Elməddin Nəsiminin arvadının qadının iş yoldaşı arasında sevgi münasibəti, habelə hər iki şəxsin birlikdə intim görüntülərinin olduğunu bildirib, həyat yoldaşının təqsirləndirilən şəxsə xəyanət etdiyi barədə rüsvayedici məlumatlar yayıb. Bundan sonra Nəsimi 2023-cü ilin fevral ayından etibarən dəfələrlə zərərçəkmiş əmisi oğlu ilə bu məzmunda söhbətlər edib arvadının xəyanət etməsini təsdiq edən görüntüləri təqdim etməsini, əks halda bu söz-söhbəti yekunlaşdırmasını xahiş edib. Buna baxmayaraq, Elməddin hər dəfəsində müxtəlif bəhanələr gətirərək qeyd edilən görüntüləri təqdim etməkdən yayınıb, o cümlədən təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində arvadını gizli formada izləyərək ona xəyanət etmədiyindən əmin olub. Daha sonra əmisi oğlunun arvadı barəsində böhtan atdığını anlayıb, əmisi oğlunun bu hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edib. Nəticədə o, Elməddinə 50 bıçaq zərbəsi endirərək onu öldürüb.

Nəsimi Hüseynovun elan olunmuş ittiham üzrə ifadəsində bildirib ki, o, əvvəllər Rusiyanın Mahaçqala şəhərində işləyib, orada evə gələndə atası ona həyat yoldaşının xəyanət etdiyini söyləyib: “Atamdan bunu kimin dediyini soruşdum. Bildirdi ki, əmim oğlu Elməddin deyib. Dəfələrlə əmim oğlunun yanına gedib ona sübutu varsa verməsini söylədim. Elməddin də hər dəfəsində həyat yoldaşımın mənə başqa oğlanlarla xəyanət etdiyini bildirirdi. Amma heç bir sübut təqdim etmirdi. Mən də bu məsələ ilə bağlı bir dəfə əmimə zəng vurdum, Elməddinin qarşı düzgün hərəkət etmədiyini dedim. Əmim də Elməddini oğulluqdan sildiyini qeyd etdi.

Hadisədən sonra həyat yoldaşımla bir yerdə yaşamıram, amma boşanmamışıq. Elməddini çay evinə dəvət etdim ki, söhbətə son qoyaq. Amma o, gəlmədi. Elməddin aqressiv şəkildə “mən səninlə nə çay içəcəm” deyə cavab verdi. Bu zaman “axşam söhbət edərik” söylədim. Axşam əmim oğlunun iş yerinə getdim. Orada Elməddin mənə və ailəmə qarşı əxlaqsız söyüşlər söydü. Mən də özümdə olmadığından bu hadisə baş verdi. Həmin vaxt bıçaq üzərimdə idi. Onu qorxutmaq məqsədilə götürmüşdüm, öldürmək fikrində deyildim. Hadisə zamanı Elməddin mənə yalvarmadı. Ona eçə bıçaq zərbəsi vurmağım yadımda deyil, özümdə olmamışam. Hadisə açıq küçədə baş verdi. Həmin vaxtı orada heç kim yox idi. Hadisədən sonra özüm təslim oldum. Əməlimdən peşmanam”.

Nəsimi Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsimi Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Geri qayıt