Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "PAŞA Sığorta"nın rəhbərliyinə təyinat olub

"PAŞA Sığorta"nın rəhbərliyinə təyinat olub


25-06-2024, 10:13
"PAŞA Sığorta"nın rəhbərliyinə təyinat olub
"PAŞA Sığorta"nın Direktorlar Şurasına (DŞ) yeni təyinat olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, "PAŞA Holdinq"in aparat rəhbəri Dəyanət Sədullayev həm də sığorta şirkətinin Direktorlar Şurasının üzvü seçilib. O, bu vəzifədə Cəlal Qasımovu əvəzləyib.

Qeyd edək ki, Dəyanət Sədullayev 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir. 2023-cü ildən etibarən "PAŞA Holdinq"in aparat rəhbəri təyin edilib. O həmçinin, İcraedici Komitənin üzvüdür.

"PAŞA Sığorta"nın rəhbərliyinə təyinat olub

Geri qayıt