Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Yararsız liftlərə görə kim məsuliyyət DAŞIYIR?

Yararsız liftlərə görə kim məsuliyyət DAŞIYIR?


25-06-2024, 08:06
Yararsız liftlərə görə kim məsuliyyət DAŞIYIR?
Srağagün Bakıda yaşayış binaların birində lift qırılıb. Nəticədə 5 nəfər xəsarət alıb. Xoşbəxtlikdən ölən olmayıb. Bakıda köhnə yaşayış binalarındakı liftlərin istifadəsi nə dərəcədə doğrudur. Ümumiyyətlə liftlərin təhlükəsizliyinə əməl edilirmi?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, liftlərin istismarına mütləq şəkildə cavabdeh şəxs olmalıdır:

"Liftlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Liftlərin istismarına mütləq şəkildə cavabdeh şəxs olmalıdır. Cavabdeh şəxs tərəfindən ixtisaslaşmış müəssisə ilə müqavilə bağlanır. Həmin müəssisə tərəfindən liftlərə nəzarət olunur və baxış keçirilir. Texniki qulluqların göstərilməsi, elektrik sistemi, detallar, qurğu və digər avadanlıqların vaxtında dəyişdirilməsi və yenisi ilə əvəz olunması yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilir. Qoyulan qurğuların isə hər biri sertifikatlı olur".

Liftlərin normadan artıq yüklənməməsinə nəzarətin lazım olduğunu deyən ekspert, nasaz liftlərin istismarının dayandırılmasının vacib olduğunu bildirib:

"Liftin quraşdırıldığı binadan asılı olmayaraq, onun texniki qulluğuna nəzarət edən şəxs olmalıdır. Həmin şəxs tərəfindən bu işlər həyata keçirilməlidir. Əgər lift nasazdırsa, onun istismarı dayandırılmalıdır. Təhlükəli vəziyyətdə olan liftin işləməsi və nəticədə kiminsə xəsarət alması düzgün deyil. Eyni zamanda liftlərin normadan artıq yüklənməsinə nəzarət etmək lazımdır. Əlbəttə bununla bağlı məlumatlandırıcı lövhələr vururlur. Ancaq müasir liftlər də normadan artıq yüklənmə olarsa, liftin qapıları bağlanmır və hərəkət etmir.

Normadan artıq yüklənmə, əylənc sisteminin sıradan çıxması, elektrik sistemində baş verən nasazlıqlar qəzalara səbəb olur. Vətəndaşlar liftdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Liftdə olarkən lüzumsuz hərəkətlərə yol verilməməlidir.

Eyni anda bir neçə düyməyə basmaq və lift hərəkətdə olarkən qapıları açmağa cəhd göstərmək olmaz. Liftlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əlbəttə heç bir qəzanın baş verməyəcəyinə əmin ola bilmərik. Amma təhlükəsizlik qaydalarına əməl etməklə, bədbəxt hadisələrin qarşısını almaq olar".

Geri qayıt