Əsas Səhifə > Güney Press > Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var


25-06-2024, 07:56
Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.

Geri qayıt