Əsas Səhifə > Güney Press > Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib

Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib


24-06-2024, 18:56
Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının
sədri Eldar Əsədov və rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə
İrəvanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Məmmədov Rəsul
Məhərrəm oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə
maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün
onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa
edilib.
Qeyd edək ki, Rəsul Məmmədov 1970-ci ildə Tərtər Rayonunun İrəvanlı kəndində
anadan olub. Ağdərə polisinin əməkdaşı kimi döyüşlərdə iştirak edib. 1993-cü ildə
Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. İkinci qrup Qarabağ müharibəsi
əlilidir.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Dia-az.İnfo

Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib

Geri qayıt