Əsas Səhifə > Güney Press > Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib


22-06-2024, 10:41
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
İyunun 21-də dövlət qulluqçularının peşə bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Dia-az.İnfo xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və şəhərdə fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərilən diqqət və qayğıdan bəhs edən İlqar Abbasov ölkə başçısı cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək səviyyədə dəyərin təzahürü olduğunu qeyd edib.

Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva ölkəmizdə dövlət idarəetmə sistemində həyata keçirilən islahatlar, vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluğunda kadr siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, geniş hüquqi bazanın yaradılması və dövlət qulluğunun müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Daha sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, qeyd ediblər ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Tədbirdə bir qrup dövlət qulluqçusu dövlət qulluqçularının peşə bayramı münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib

Geri qayıt