Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Babayan separatçı liderlərin həbsinin bildiyi, ya da uydurduğu yeni detallarını açıqladı...

Babayan separatçı liderlərin həbsinin bildiyi, ya da uydurduğu yeni detallarını açıqladı...


22-06-2024, 09:59
Babayan separatçı liderlərin həbsinin bildiyi, ya da uydurduğu yeni detallarını açıqladı...
“Artsax rəhbərliyi 2023-cü il oktyabrın 3-də həbs edilib. O zaman artsaxda heç kim yox idi”.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu haqda separatçı-terrorçu rejimin keçmiş qondarma “müdafiə naziri” Samvel Babayan “Aysor” nəşrinə müsahibəsində danışıb, O, Qarabağdakı separatçı liderlərin Azərbaycan təhlükəsizlik strukturları tərəfindən həbs edilməsinin bildiyi, ya da uydurduğu yeni detallarını açıqlayıb...

“Artsax daxili işlər nazirliyinin və təhlükəsizlik xidmətinin rəhbər işçiləri Həkəri çayının üstnüdəki postdan keçəndə azərbaycanlılar onları saxlayaraq deyiblər ki, sizin rəhbərləriniz təslim olana qədər sizi buraxmayacağıq və Bakıya aparacağıq.

Həmin adamları geri qaytardılar. O adamlar bütün gecəni gedib İvanyanda(Xocalıda-S.L.), rus sülhməramlılarının yanında olan liderlərlə danışıqlar aparıb və onları azərbaycanlılarla görüşəcəkləri hansısa evə getməyə razı salıblar. Liderlər oraya gediblər və azərbaycanlılar tərəfindən həbs olunublar.

Rəhbərliyin təhlükəsizliyini təmin etməli olan şəxslər isə Ermənistana gəliblər. Onların 2 yolu var idi, ya liderləri öldürmək, ya da sağ-salamat çıxarmaq, amma 3-cü variantı seçiblər ki, onları Azərbaycana təhvil versinlər”, - S.Babayan belə deyib.

Geri qayıt