Əsas Səhifə > Güney Press > Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik

Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik


19-06-2024, 11:19
Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik
Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasət zərərli siaysətdir: "Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də 19 aprel tarixində sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, 7 dekabrda iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində atılan ciddi addımlarınCənubi Qafqazın sürgörü ilə transformasiyası istiqamətində ciddi adımların adıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasətinin həyata keçirilməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda da Ermənistanın daxilində olan revanşist qüvvələrin bir həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransadan bu militarizasiya siyasətini, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahların təqdim edilməsini və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq da olan bir haldır. Hesab edirik ki, Fransada BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məhsulətli bir siyasət həyata keçilməlidir".

Geri qayıt