Əsas Səhifə > Güney Press > Mühüm görüş ləğv edildi

Mühüm görüş ləğv edildi


19-06-2024, 11:16
Mühüm görüş ləğv edildi
Baş nazir Benyamin Netanyahunun Amerika silahlarının çatdırılmasında gecikmələrdən şikayətləndiyi videomüraciətindən sonra Ağ Ev ABŞ və İsrail arasında yüksək səviyyəli görüşü ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən yazır.

“Amerikalılar qəzəblidirlər. Benyamin Netanyahunun videosu çoxlu ziyana səbəb olub”, - adının açıqlanmasını istəməyən İsrail rəsmilərindən biri deyib.

Öz növbəsində, "Axios"un amerikalı həmsöhbətləri Co Bayden administrasiyasının İsrailə hərbi dəstək məsələsində Netanyahunun əməllərindən narazı olduğunu bildiriblər.

Mətndən belə məlum olur ki, Co Baydenin müşaviri Amos Hokşteyn İsrailin baş naziri ilə şəxsən görüşüb, ABŞ-yə qarşı yazılan videomüraciətin və buna bənzər ittihamların qəbuledilməz olduğunu bəyan edib.

Geri qayıt