Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Fransa qoşunları Ermənistana gələrsə, Gümrüdəki 102 baza bir gecənin içində...”

“Fransa qoşunları Ermənistana gələrsə, Gümrüdəki 102 baza bir gecənin içində...”


19-06-2024, 09:42
“Fransa qoşunları Ermənistana gələrsə, Gümrüdəki 102 baza bir gecənin içində...”
“Fransa qoşunlarının qərb sərhədlərimizə yerləşdirilməsi hazırkı İrəvan hakimiyyətinin, eləcə də Ermənistan adlı dövlətin siyasi intiharına gətirib çıxara bilər”.

Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Sona Əliyeva bildirib. Ekspert qeyd edib ki, Ermənistan Fransanın bu təxribatçı addımına “yox” deməli, Parisin siyasi avantüralarına alət olmamalıdır:
“İrəvan Parisin təcavüzkar təşəbbüslərinə birmənalı olaraq yox deməlidir. Əks halda, Paşinyan hökuməti Cənubi Qafqazda əsas söz sahibi olan Kremlin qəzəbinə tuş gələ bilər.

Fransa qoşunlarının bölgəyə yeridilməsi Makron hakimiyyətinin növbəti işğalçılıq siyasətinin təzahürüdür. Heç ermənilər də fransızları Cənubi Qafqazda istəmirlər. Sağlam düşüncəli ermənilər başa düşür ki, fransızların bölgəyə sürüklənməsi sülh yox, savaş gətirəcək.

Kreml Fransa qoşunlarının gəlişinə cavab olaraq Gümrüdəki 102 baza vasitəsilə bir gecənin içərisində İrəvandakı hakimiyyəti tarixin tozlu arxivinə göndərə bilər. Çünki Rusiyada başa düşürlər ki, fransız ordusu bölgəyə "Azərbaycan təhlükəsi" üçün yox, Cənubi Qafqaza yerləşmək üçün gəlir. Bunun nəticələri isə Rusiya üçün ağır ola bilər.

Azərbaycan isə öz sərhədlərində hər hansı bir təxribatçı addımları müşahidə edərsə, Ermənistana bu vaxta qədər görmədiyi sarsıdıcı zərbələr endirəcək. Müdafiə Nazirliyinin son açıqlaması da məhz buna işarədir.

Fransa Ermənistanı silahlandırmaqla yanlış addım atır. Paris qısa zamanda öz səhvini anlamalı və radikal addımlarından əl çəkməlidir. Əks halda regionda baş verəcək yeni qaynar hadisələrin əsas səbəbkarı məhz Fransa və Emmanuel Makronun yarıtmaz hakimiyyəti olacaq. Bütün məsuliyyət onların üzərinə düşəcək”.

Geri qayıt