Əsas Səhifə > Güney Press, Üst manşet > AMEA-da hoqqabazlar büdcəni belə yeyir

AMEA-da hoqqabazlar büdcəni belə yeyir


19-06-2024, 09:41
AMEA-da hoqqabazlar büdcəni belə yeyir
"Dərslik adlandırdıqları 3 qəzet səhifəsi həcmində olan "Məzhər üt-Türki"də mənşəyi məlum olmayan Molla Cecimxan Şamlu, Molla Qaraxanoğlu Qurt, Molla Daşdəmir Qaragözlü, Molla Təŋriverdi Şahısəvən və Molla Yaradanqulı Sil-süpür" kimi lotular "Xəmsə" alimləri kimi qələmə verilir..." Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Şərhlə qeydi bir-birindən ayırd edə bilməyən, özünə əziyyət vermədən 3-5 yerdə qeyd qoyub adına şərh deyən Baş direktor Nadir Məmmədli kitaba möhtəşəm "şərh" yazıbmış. Gəlin, bunlardan birinə baxaq:
"Molla Təŋriverdi buyurubdur ki, türkcədə bir məşhur məsəl vardır: poxa görə gənə təzək. Və bu məsəlin mənası aydınlığa tapşırıldı"
Bu yerdə Baş direktor "poxa görə gənə təzək" kimi çoox çətin bir ifadənin şərhinə keçir. Kitabın naşiri, şərrah Nadir Məmmədli buyurur: "Bu məsəl "Təzək poxdan daha yaxşıdır" şəklindədir. Ancaq Əbdürrəhim Ərdəbili utandığı üçün izah verməyərək, onun aydın edilməsini oxuyanlara tapşırır". Bu da dərslik!

AMEA-da hoqqabazlar büdcəni belə yeyir

Bərəkallah! Bu nə deməkdir? Əvvəla, Əbdürrəhim utancaq deyildi, utancaq olsaydı, burada yazılması mümkün olmayan bir çox qeyri-etik sözləri ağzına alıb dilimizi o səviyyəyə endirməzdi, əksinə, ona qədər dilimizə aid yazılmış saysız-hesabsız qrammatika kitablarına baş vurardı. Hələ bu "təzək" ifadəsini onun ən nəzakətli davranışı saymaq olar.
Nadir müəllim, demək istəyirsiniz ki, Əbdürrəhim utancaqdır, amma siz utanmazsınız?! Axı əslində, burada açıqlamalı bir şey də yoxdur axı!
Ən böyük biabırçılıq və məsuliyyət doğuran şey kitabın ideoloji yönü, doğma şəkilçilərimizin fars və ərəb dilinə aid olduğunu beyinlərə yeritmək istəyi və nəhayət, müasir Azərbaycan dilinin tələblərinin tərcümədə kobud surətdə pozulmasıdır. Adınızı tərtibçi, ön söz müəllifi, şərhçi yazıb gurultulu tərif və təqdimatlar keçirirsiniz, amma bunları görmürsünüz?!
80 yaşlı Dilçilik İnstitutu İsa Həbibbəylinin, Nadir Məmmədlinin, adını bu "cadu-pitiy"ə elmi redaktor yazan Möhsün Nağısoylunun sayəsində Şiraz lotularının, molla cincilimlərin, Fərhəngiyan məktəbinin ümidinə buraxılıb. Bu, Aysberqin yalnız görünən tərəfidir.
Akademik çevrə həmişə belə işləri kollektiv şəkildə yerinə yetirir, yəni çoxlarını şərik tuturlar ki, məsuliyyətə cəlb olunmaları çətin olsun, yəni məsuliyyət paylansın, eynən elmi iş müdafiələrində olduğu kimi..."


Geri qayıt