Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Arayik Arutyunyan Paşinyan hakimiyyətinin diktəsi ilə istefa verib...”
“Arayik Arutyunyan Paşinyan hakimiyyətinin diktəsi ilə istefa verib...”19-06-2024, 09:16 |
1991-ci ildən bəri Azərbaycanın Yuxarı Qarabağ ərazisində Rusiyanın himayəsi altında yaradılaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət göstərmiş və Azərbaycan ordusunun 2023-cü il sentyabrın 19-20-da keçirdiyi bir sutkalıq əməliyyatı nəticəsində Azərbaycan Respublikası ərazisində ləğv edilmiş separatçı-terrorçu rejimin hazırda Bakıda həbsdə olan keçmiş qondarma “prezidenti” Arayik Arutyunyanın 2023-cü ilin sentyabrında Paşinyan hökumətinin tələbi ilə istefa verməsi haqda növbəti informasiya yayılıb. Moderator.az xəbər verir ki. tert.am-ın yaydığı məlumata görə, bu haqda tör-töküntüləri İrəvanda sülənən separatçı-terrorçu rejimin qanunsuz “qanunverici” orqanının “ədalət” fraksiyasının qondarma “deputatı” Metakse Akopyan Oragir.news -un “Gündəm” proqramının efirində danışıb. “Arayik Arutyunyan Ermənistan hakimiyyətinin, Ermənistan Respublikasının hakimiyyət orqanlarının tələbi və ya diktəsi ilə istefa verib və bunun bir məqsədi olub; madam ki, sentyabrda baş verənlər baş verməli idi, artsaxda da hökumət olmamalıydı”, - deyə Akopyan vurğulayıb. Geri qayıt |